Yüksək təzyiqi yaradan amillər SİYAHI


Digərləri 09 Dek 2017 22:40:00 269 0

Yüksək təzyiqi yaradan amillər   SİYAHI

Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan problemdir. Müxtəlif səbəblərdən yaranan təzyiq çox vaxt bir sıra narahatçılıqlara səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva universitetin mətbuat xidmətinə müsahibəsində deyib.

Həkim bildirib: "Yüksək təzyiq səbəbindən yaranan problemlər arasında əsas yeri nefropatiya və böyrək problemləri tutur.

Qeyri-rasional qidalanma, az hərəkətlilik təzyiqin yüksəlməsində mühüm rol oynayır. Gecə və ya görmə gərginliyi tələb edən işlərdə çalışanlar və əsasən psixoemosional vəziyyətdə olanlarda təzyiqin yaranma riski digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, bu problemin yaranmasında stress və emosional gərginlik mühüm faktorlardandır. Ümumiyyətlə, risk qrupuna daxil olan insanlar duzdan, yağlı qidalardan çəkinməli, asan həzm olunan qidalara üstünlük verməli, daha çox hərəkətli olmalıdırlar".

Standart müasir müayinə üsullarının olduğunu vurğulayan həkim, buraya qanda xolesterinin miqdarının, kreatinin səviyyəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb: "Bunlar xəstə üçün təhlükəli risk amili sayılırsa, onda mütləq bu hal dərmanla korreksiya olunmalıdır. Təzyiqin özünün də dərmanla korreksiyası təzyiqin səviyyəsində asılıdır. Ola bilər ki, xəstənin təzyiqi çox da yüksək deyil, lakin yanaşı risk faktorları olduqda, bu, müdaxilə tələb edən hal sayıla bilər. Lakin risk amilləri olmadan da yüksək təzyiq ola bilər.