Rəşad Mahmudov: "Azərbaycan dövlətinin səhiyyəyə diqqəti uğurları artırır" FOTO


Digərləri 09 Dek 2017 21:28:00 295 0

Rəşad Mahmudov: "Azərbaycan dövlətinin səhiyyəyə diqqəti uğurları artırır"  FOTO

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, konfrans Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransda çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov Azərbaycan dövləti tərəfindən son illər səhiyyəyə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib. O qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin yaşayış səviyyəsinin artırılmasına ciddi təsir göstərib. Həmçinin səhiyyənin modernləşdirilməsi, bununla bağlı infrastrukturun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib.

Sonra konfransda məruzələr dinlənilib. Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdikləri tədbir təqdimatlar ətrafında müzakirələrlə yekunlaşıb.


Xəbərə aid fotolar