"Tramp dodaqlarımdan öpmək istədi"


Digərləri 09 Dek 2017 19:22:00 286 0

"Tramp dodaqlarımdan öpmək istədi"

"Bundan sonra nə tək qalmışıq, nə də Trump həmin hərəkətini təkrarlamayıb"

Fox News televiziyasının keçmiş əməkdaşı, xəbər aparıcısı Juliet Huddy maraqlı sirrin üstünü açıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, ABŞ prezidenti Donald Tramp haqqında hamıya maralı olacaq olayı açıqlayıb.

Huddy iddia edir ki, 2005 və ya 2006-cı ildə Donald Trump onu şam yeməyinə dəvət edib. Daha sonra "Trump Tower"in liftində aparıcının dodaqlarından öpmək istəyib. Aparıcı gözləmədiyi hərəkətə sərt reaksiya göstərib. Telekanal əməkdaşının sərt reaksiyası ilə üzləşən gələcək prezident, özünü yığışdırıb. Huddy bildirib ki, bundan sonra nə tək qalıblar, nə də Trump həmin hərəkətini təkrarlamayıb.

Maraqlısı odur ki, Trump hazırkı həyat yoldaşı Melani ilə 2005-ci ilin yanvar ayında evlənib. Baş verən hadisə də onlar evlənəndən sonraya təsadüf edir.