Biləsuvarda fəhlə torpaq uçqunu altında qalıb


Sosial 09 Dek 2017 19:13:11 286 0

Biləsuvarda fəhlə torpaq uçqunu altında qalıb

Hadisə kanalizasiya xətti çəkilişi zamanı baş verib

Biləsuvar şəhərində istehsalatda bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

"Report"un Aran bürosu xəbər verir ki, 1991-ci il təvəllüdlü rayon sakini Mirzəyev Asif Vasif oğlu kanalizasiya xətti çəkilişi zamanı torpaq altında qalıb.

Yaralı yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.