Bu görtüntülər bütün İnterneti dəhşətə gətirdi VİDEO FOTO


Digərləri 09 Dek 2017 19:02:00 317 0

Bu görtüntülər bütün İnterneti dəhşətə gətirdi  VİDEO  FOTO

Acından səndirləyən ağ ayı yemək arayır, tapdığı tikələrlə doymur və sonda yerə yıxılır, bir daha qalxa bilmir.

Son.az ABC-yə istinadən bildirir ki, fotoqraf Pol Niklen Arktikada yaşayan ağ ayılardan birinin fotosunu İnstagram-da paylaşıb. Bu ayı acından ölür.

"Bu acından ölən ağa ayının görüntülərini çəkəndə bütün çəkiliş qrupu ağlamamağa çalışırdı. İndiyədək unuda bilmədiyim dəhşətli, üzücü bir mənzərədir. Lakin laqeydlik divarını yıxmaq istəyiriksə, bu görüntünü paylaşmalıyıq, - Niklen yazıb.

Niklenin sözlərinə görə, aclıq belə görünür: "Əzələlər gücünü itirib, enerji yoxdur. Bu asta, ağrılı ölümdür". Fotoqrafın sözlərinə görə, o, ağ ayıların yaxın müddətdə məhvinə səbəb ola biləcək qlobal istiləşmə probleminə diqqəti cəlb etmək istəyir.