Gəncədə evləri qarət edən şəxs tutuldu


Digərləri 09 Dek 2017 18:46:00 233 0

Gəncədə evləri qarət edən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Miyani tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may-noyabr ayları ərzində rayon ərazisində 8 evdən, 5 avtomobildən və 1 mağazadan pul, velosiped, akkumulyator, səsgücləndiricilər, su mühərriki, təmir-tikinti alətləri, elektrik naqili, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Miyani tutulub.

Son.az