"Bəstəkar Qara Qarayev" gəmisi ilə ilk dəfə yük avtomobilləri daşımağa başlanıb


Digərləri 09 Dek 2017 18:36:00 349 0

"Bəstəkar Qara Qarayev" gəmisi ilə ilk dəfə yük avtomobilləri daşımağa başlanıb

Qazaxıstanın Kurık limanından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus Ro-RO tipli "Bəstəkar Qara Qarayev" gəmisi ilə ilk dəfə minik və yük avtomobilləri yola salınıb.

QSC-dən Trend-ə verilən məlumata görə, RO-RO tipli gəmi göyərtəsinə 27 TIR, 1 minik avtomobili və 30 sərnişin qəbul edib. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına sabah çatacaq.

Uzunluğu 125.25, eni 16.22 metr olan Gəmiçiliyin Dəniz Nəqliyyat Donanmasına məxsus "Bəstəkar Qara Qarayev" gəmisinin yükgötürmə qabiliyyəti 3463 tondur.