Dünya muzeylərini bəzəyən Basqal inciləri bir nəşrdə


Kriminal 09 Dek 2017 17:48:00 276 0

Dünya muzeylərini bəzəyən Basqal inciləri bir nəşrdə

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində Tofiq Babayev və Tahir Şahbazovun həmmüəllifliyi ilə nəşr olunmuş "Basqal" tarixi-etnoqrafik tədqiqatının təqdimatı keçirilib.

Son.az bildirir ki, bu barədə Trend-ə Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib.

İsmayıllı rayon Mədəniyyət Evində baş tutan təqdimat mərasimində çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, 1989-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilmiş Basqal özünün plan-məkan quruluşu, memarlıq xüsusiyyətləri, tarixi abidələri, sənətkarlıq ənənələri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini günümüzə qədər çatdıran unikal yaşayış məskənlərimizdən biridir.

Basqal tarixən ipək məmulatı istehsalı, xüsusilə də kəlağayıçılıq sənəti ilə daha çox şöhrət tapıb. Basqallı ustaların nəfis şəkildə hazırladıqları kəlağayılara hələ uzaq keçmişdə Şərq və Avropa ölkələrində böyük maraq olub və bu nadir sənət inciləri Azərbaycanın iqtisadi və ticarət əlaqələrində mühüm rol oynayıb. Onlar zaman-zaman müxtəlif beynəlxalq sərgilərin mükafatçısı olmuş və bu günə qədər ən dünyanın ən məşhur muzeylərinin dəyərli eksponatları kimi çıxış etməkdədir. Təsadüfi deyil ki, Basqal kəlağayısının simasında Azərbaycan kəlağayısı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.