Elxan Mikayılov: Bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaranıb FOTO


Digərləri 09 Dek 2017 17:36:00 279 0

Elxan Mikayılov: Bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaranıb  FOTO

Makroiqtisadi sabitliyin təmin olunması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində görülən tədbirlər bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda Lənkəranda keçirdiyi regional ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar bölgələrdə iqtisadi aktivliyin artırılmasına və investisiya cəlbediciliyinin yaxşılaşdırılmasına imkan verib: " Regionların bu şəraitdə yetərli səviyyədə bəhərlənməsi zəruridir".

Sektor müdiri həmçinin əlavə edib ki, Strateji Yol Xəritələrinin uğurlu icrası regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar yaradır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bölgələrdə, eləcə də Lənkəranda görülən işlər ümumlikdə Azərbaycanın inkişaf dinamikasını əks etdirir. Davamlı və dönməz şəkildə bir neçə istiqamət üzrə aparılan islahatlar nəticəsində infrastruktur layihələri sürətlə icra edilir. Makroiqtisadi sabitliyin təmin olunması ilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bundan başqa kənd təsərrüfatı layihələrinin icrası, müasir texnologiyaların cəlb olunması bölgələrin iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərir".

Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Lənkəran iqtisadi rayonu çay, çəltik və sitrus meyvələri, baramaçılığın eləcə də digər sahələrin inkişaf etdirilməsi baxımından Azərbaycanda öndə gedən bölgələrdəndir. İqtisadi cəhətdən çox əhəmiyyətli və gəlir gətirən sahələr olduğu üçün dövlət başçısının da bu sahəyə xüsusi diqqət və qayğısı var.


Xəbərə aid fotolar