Qrizmannın meneceri futbolçusunun yeni komandasını açıqladı


İdman 09 Dek 2017 16:24:00 273 0

Qrizmannın meneceri futbolçusunun yeni komandasını açıqladı

“Atletico”nun hücumçusu Antuan Qrizmanın gələcək komandası müəyyənləşib.

Goal.az xəbər verir ki, fransalı forvard mövsümün sonunda “Barcelona”ya keçəcək. “Real” və PSG-nin də maraq dairəsində olan 26 yaşlı futbolçu son olaraq “Manchester United”dən təklif alıb. Lakin oyunçunun meneceri “qırmızı şeytanlar”ın vitse-prezidenti Ed Vudvordla görüşdə “Barcelona” ilə anlaşdıqlarını açıqlayıb və təklifi rədd edib.

“Atletico”nun baş direktoru Migel Anxel Gillə “Barcelona”nın prezidenti Xosep Bartomeu arasındakı ilkin razılığa görə, kataloniyalılar mövsüm başa çatan kimi, iyulun 1-nə qədər 100 milyon avro qarşılığında Qrizmanı transfer edəcək. Əks təqdirdə, iyulun 1-dən sonra futbolçunun qiyməti 200 milyon avro olacaq.