Fatih Terim Bosniya və Herseqovinaya cavab verdi


İdman 09 Dek 2017 14:32:00 319 0

Fatih Terim Bosniya və Herseqovinaya cavab verdi

Fatih Terim Bosniya və Herseqovina millisinin “sükanı arxası”na keçməyəcək. 

Goal.az xəbər verir ki, türkiyəli mütəxəssis federasiya rəsmilərinin təklifinə "yox” deyib. Buna səbəb kimi isə onun tezliklə “Galatasaray”ın baş məşqçisi postuna keçəcəyi göstərilib. “Cim-bom”un hazırkı çalışdırıcısı İqor Tudorla rəhbərlik dil tapmadığı üçün yaxın günlərdə onu Terimin əvəzləməsi gözlənilir.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının baş məşqçisi postuna namizədlərdən biri də Azərbaycan yığmasının sabiq çalışdırıcısı Robert Prosineçkidir.