Deputatlarımız Moskvaya gedir


Digərləri 09 Dek 2017 13:17:03 272 0

Deputatlarımız Moskvaya gedir

Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər. Milli Məclisdən Trend-ə verilən məlumata görə, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub. Toplantıda quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin