Ukraynada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşdi


İdman 09 Dek 2017 13:10:00 282 0

Ukraynada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşdi

Ukrayna Futbol Federasiyası 2017-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Goal.az xəbər verir ki, bu nominasiyada "Shakhtar"un yarımmüdafiəçisi Marlos fərqlənib. 29 yaşlı havbek Andrey Yarmolenko (Borussia Dortmund) və Fredi (Shakhtar) geridə qoyub. O, Donetsk klubu ilə 2016/17 mövsümündə Ukrayna çempionu, ölkə kuboku və Superkubokunun qalibi olub. 

Braziliya doğumlu futbolçu sentyabrın 28-də Ukrayna vətəndaşlığını qəbul edib. Marlosun Ukrayna millisində debütü isə oktyabrın 6-da Kosovo ilə oyuna təsadüf edib. O, matçın fasiləsində Artyom Kravetsin əvəzinə meydana daxil olub.