"Halal malı 5 manata satmazlar" Oğru sürücü və qəssabı ələ verdi VİDEO FOTO


Digərləri 09 Dek 2017 12:36:00 261 0

"Halal malı 5 manata satmazlar"  Oğru sürücü və qəssabı ələ verdi  VİDEO  FOTO

Goranboyda mal-qara oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, onlar ayrı-ayrı kəndlərdə müxtəlif şəxslərə məxsus heyvanları oğurlamaqda təqsirli bilinir.

Elçin Əliyev - Saxlanılan şəxs: "Gündüzdən kəndlərə gedib gəzirdim. Axtarıb dananı tapırdım. Yerini müəyyən etdikdən sonra gəlib "Qazel" sürücüsünü götürüb gedirdim".

Mingəçevir sakini Elçin Əliyev və həmyerlisi Zaur Hüseynov mal-qaranı Goranboyun bir neçə kəndindən oğurluyub. Həmin heyvanları dəyər-dəyməzinə sataraq pulunu dədə malı kimi öz aralarında bölüblər. Elçin Əliyev heyvanın oğurluq olduğunu nə müştəridən, nə də "Qazel" sürücüsündən gizlətmədyini deyir.

Elçin Əliyev - Saxlanılan şəxs: "Bilirdi, özü də öz əli ilə maşından düşürdü. Pulumu da saydı verdi. Bilməsəydi, 5 manat 50 qəpikdən alardımı? O fikirləşmir ki, 5 manat 50 qəpiyə satılan mal oğurluqdur? Halal malı 5 manata satmazlar".


Xəbərə aid foto