"Kamaz" "06"nı vurmamaq üçün "Mercedes"lə toqquşdu VİDEO FOTO


Digərləri 09 Dek 2017 12:11:00 285 0

"Kamaz" "06"nı vurmamaq üçün "Mercedes"lə toqquşdu  VİDEO  FOTO

Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən hissəsində qəza baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, şəkər çuğunduru ilə yüklü olan "KamAZ" markalı yük avtomobili Gəncə istiqamətinə hərəkətdə olarkən yolun sol hissəsi ilə hərəkət edən "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı "Mercedes"in sürücüsü yüngül bədən xəsarətləri alıb.

Etibar Məmmədov - Yük maşınının sürücüsü: "Şəkər zavoduna gedirdim. "06" önümdə riskli dayandı, vurmamaq üçün sola çıxdım. Həmin zamanda maşın gəlirdi. Nə qədər əyləci bassam da, getdi".


Xəbərə aid fotolar