Bərdədə 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub - YENİLƏNİB


Sosial 09 Dek 2017 12:06:00 295 0

Bərdədə 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutulub - YENİLƏNİB

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır

Bərdə rayonunda 21 yaşlı gənci bıçaqlayaraq avtomobilini oğurlayan şəxs tutulub.

Bərdə Rayon Polis Şöbəsindən "Report"un Qarabağ bürosuna verilən məlumata görə, hadisə yerindən qaçan şəxsin Bərdə rayon sakini, 1989-ci il təvəllüdlü Orxan Rafiq oğlu Kazımov olduğu müəyyən edilib. 

O, törətdiyi hadisədən sonra qaçıb gizlənməyə çalışsa da, polis əməkdaşları tərəfindən tapılaraq istintaqa cəlb edilib. Qaçırılan avtomobil də aşkar edilərək sahibinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

*** 22:55

Bərdə. 8 dekabr.