Ailəsinin təzyiqi ilə üzləşən Damla hansı müğənninin evində gecələdi? FOTO


Digərləri 09 Dek 2017 11:12:00 388 0

Ailəsinin təzyiqi ilə üzləşən Damla hansı müğənninin evində gecələdi?  FOTO

Dünən "5/5" verilişinin qonağı olan Damla maraqlı etirafı ilə yadda qalıb.

Son.az xəbər verir ki, aparıcı Zaur Kamalın "O vaxtlar evdə küsəndə Könül Kərimovagilə qaçırmışsan. O nə imiş?" sözlərini xanım ifaçı təkzib etməyib.

"Olub, elə vaxtlarım da olub. Çünki yeni-yeni başlayanda evdə çox narazılıqlar olurdu. Və bu mövzuda mənim ən böyük dəstəkçim Könül Kərimova olub" sözləri ilə Zaurun sualına cavab verən Damla Zaurun suallarından yaxa qurtara bilməyib. 

Aparıcının "Neçə gecə qalırdın?" sualına müğənni "Gecələr qalmırdım. Gündüzlər gəlib aqressiyamı tökürdüm, danışırdım-danışırdım. Qaldığım zamanlar da olub. Amma günlərlə qalmamışam yəni", - cavabı ilə diqqət çəkib.


Xəbərə aid fotolar