İsrailFələstin münaqişəsi ilə məşğul olan Ağ Ev rəsmisi istefa verdi


Dünya 09 Dek 2017 09:21:00 265 0

İsrailFələstin münaqişəsi ilə məşğul olan Ağ Ev rəsmisi istefa verdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Dina Pauell istefa verib.

Son.az APA-ya istinadən xəbər verir ki, D.Pauell 2018-ci ilin əvvəlində vəzifəsini tərk edəcək.

Məlumata əsasən, D.Pauell əvvəlcədən yalnız bir il adıçəkilən postda qalmağı planlaşdırıb. Prezident D.Trampın müşaviri Cared Kuşner bəyan edib ki, yaxın zamanlarda Dina Pauellin hansı vəzifədə çalışacağına aydınlıq gətiriləcək.