Qəzza sektorundan İsrailə gün ərzində ikinci raket buraxılıb


Dünya 09 Dek 2017 08:03:00 240 0

Qəzza sektorundan İsrailə gün ərzində ikinci raket buraxılıb

Qəzza sektorundan İsrailin cənubuna gün ərzində ikinci raket buraxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Raket Qəzza sektorundan İsrailin cənubuna buraxılıb".

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Qəzza sektorundan buraxılan raketin "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sistemi ilə qarşısının alıdığını bildirib.