İnsanların yarısı internetdən istifadə edəcək


Digərləri 09 Dek 2017 08:05:00 241 0

İnsanların yarısı internetdən istifadə edəcək

"eMarketer" analitiklərinin proqnozuna görə, 2017-ci ildə dünyada internet istifadəçilərinin sayı 3,46 milyard təşkil edəcək. Analitik şirkətin qiymətləndirməsinə görə, bu il planet əhalisinin təxminən 47%-i masaüstü fərdi kompüter, noutbuk və ya mobil qurğunun köməyi ilə ən azı ayda bir dəfə internetə daxil olub.

Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, 2019-cu ilədək planet əhalisinin 50%-dən çoxu və ya təxminən 3,84 milyard nəfər internetdən istifadə edəcək. 2021-ci ildə göstəricilər müvafiq olaraq 53,7% və 4,14 milyard nəfər təşkil edəcək.

Mütəxəssislər qeyd edirlər ki, internet istifadəçilərinin qlobal sayının artmasına internetə çıxış imkanına malik mobil telefonların yayılması imkan yaratmağa davam edir. Asiya-Sakit okean regionu, Mərkəzi və Şərqi Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrikanın bir çox sakinləri internetə çıxış üçün bu qurğulara üstünlük verir.

Həmçinin "eMarketer" şirkəti bildirib ki, 2017-ci ildə mobil telefonların köməyi ilə internetə daxil olan istifadəçilərin sayı 2,73 milyard nəfər təşkil edəcək.