Kaliforniyada meşə yanğınları səbəbi ilə 212 min insan təxliyə edilib


Dünya 09 Dek 2017 07:13:00 327 0

Kaliforniyada meşə yanğınları səbəbi ilə 212 min insan təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları 57 min hektar sahəni əhatə edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Fövqəladə hallarda idarəetmə üzrə federal agentliyin regional nümayəndəsi Devid Pessi bildirib.

Onun sözlərinə görə, yanğın səbəbi ilə 212 min insan təxliyə edilib.

Qeyd edək ki, Kaliforniyada meşə yanğınları dekabrın 5-də başlayıb. Yanğının yayılmasına küləkli hava səbəb olub.