Saakaşvilinin tərəfdarları Kiyevdə təcridxanada onunla görüşmək istəyir


Dünya 09 Dek 2017 01:48:30 237 0

Saakaşvilinin tərəfdarları Kiyevdə təcridxanada onunla görüşmək istəyir

Məhkəmə siyasətçinin 72 saatlıq saxlanlmasına dair qərar qəbul edə bilər.

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları siyasətçinin olduğu müvəqqəti saxlanılma təcridxanasına gəıib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Onun tərəfdarlarının sözlərinə görə, məhkəmə siyasətçinin 72 saatlıq saxlanılmasına dair qərar qəbul edə bilər. 

Qeyd edək ki, Ukraynanın hüquq-mühafizə orqanları "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvilini saxlayıblar. Ölkənin baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib.