Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 08 Dek 2017 23:27:00 209 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 64,42 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,5 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 7-də 63,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 7-də 60,22 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.