Qadınların son dəbi CAZİBƏDAR OMBALAR: Azərbaycanda da bunun üçün plastik əməliyyata gedən xanımlar artıb


Digərləri 08 Dek 2017 22:14:00 317 0

Qadınların son dəbi  CAZİBƏDAR OMBALAR: Azərbaycanda da bunun üçün plastik əməliyyata gedən xanımlar artıb

Qadın bədənini gözəl göstərən yerlərindən biri də ombalarıdır. Möhkəm və dik ombalar az qala hər qadının arzusudur. Belə deyirlər ki, mükəmməl ombalara sahib olan qadın geyindiyi istənilən şalvar ya da ətəklə xoş və yaraşıqlı görünür.

Ombalar həm də qadınları ehtiraslandıran bədən nahiyəsidir. Onlar ombalarına təmas edilməsindən, oxşanmasından olduqca zövq alarlar. Sevişmənin daha da coşğun olduğu sırada qadının ombalarınına sığal çəkmək onu dəli edəcək qədər ehtiraslandıra bilər.

Aparılan sorğular da göstərib ki, bəzi qadınlar ombaları üçün deyilən xoş sözlərə biganə qalmırlar. Onlar ombasının gözəl göründüyünə əmin olmaq istəyir.

Təsadüfi deyil ki, bəzi gözəllik yarışmalarında müsabiqəyə qatılan qızların omba görünüşünə xüsusi qiymət verilir. Braziliyanın San-Paulu şəhərində isə hər il ənənəvi "Miss Bumbum" gözəllik müsabiqəsi keçirilir ki, bu yarışmada ən gözəl ombaları olan xanımlar qalib seçilir.

Gözəl formalı ombalara sahib olmaq hər bir qadının arzusu olsa da, gerçəklik heç vaxt istəklərlə üst-üstə düşmür. Bu səbəbdən cazibədar görünüş istəyən bəzi qadınlar yaraşıqlı ombalar naminə plastik əməliyyata belə, getməyə hazırdırlar. 

Son vaxtlar böyük ombalar belə deyək ki, dəbə minib. Bu səbəbdən yan əzələlərini (arxanı) böyütmək üçün bir çox qadınlar müxtəlif üsullara əl atırlar: xüsusi idman hərəkətləri edirlər, bu məqsədlə buraxılan xüsusi cins şalvarlar geyinirlər ya da əməliyyata razılaşırlar.

Yeri gəlmişkən, ombalar bədəndəki ən çox əzələ toxumasının olduğu yerlərdir. Bunu nəzərə alan bəzi mütəxəssislər ombaları idmanla istədiyiniz formaya sala bilməyin mümkünlüyünü bildirir və qadınlara tövsiyə edirlər ki, cazibədarlığı artırmaq, iri və ideal ombalara sahib üçün vaxt tapdıqca idmanla məşğul olsunlar.

Daha dolğun və düzgün omba istəyənlər üçün "Braziliya üsulu ilə omba estetik əməliyyatı" da yaxşı çarə sayılır.

Son.az bildirir ki, bunu tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev də modern.az saytının əməkdaşı ilə söhbət zamanı qeyd edib.

O bildirib ki, dünyaya nəzər salanda qadınların plastik əməliyyatlara ildən-ilə çox müraciət etdiyini görmək olar.

"Bunlar burun, sinə və popo (omba) implantıdır. Popo və sinə əməliyyatları qadını daha cəlbedici və cazibədar edən əməliyyatlardır. Dünyada qadınların əksəriyyətində çanaq darlığı müşahidə olunur. Yəni ombalar dar olur. Bu da qadının görünüşünü - bədən quruluşunu bir xeyli pozur. Qadınları daha cəlbedici göstərən onun ombaları, sinəsi və ayaqlarıdır. Kişilərin ilk baxışdan qadına nəzər yetirdiyi yerlər onun sinəsi, ayaqları və ombalarıdır.  İndi dünyada ən məşhur ombalar Braziliya popolarıdır. Çünki Braziliya qadınları çox formalı və fiquralıdırlar".

R.Rzayev qeyd edib ki, bu səbəbdən omba əməliyyatının adına "Braziliya poposu əməliyyatı"  da deyirlər: