Soyuq qış günlərində evinizi isti saxlamağın qaydaları


Digərləri 08 Dek 2017 22:17:00 309 0

Soyuq qış günlərində evinizi isti saxlamağın qaydaları

Mütəxəssislər xəbərdarlıq edir - evdə temperatur bu dərəcədən aşağı düşsə...

Evimizdəki və ya çalışdığımız ofisdəki mikroiqlim bir neçə parametrdən asılıdır ki, buna eyni zamanda havanın temperaturu da daxildir. Elmi hesablamalara görə, temperatur +20 dərəcədən +25 dərəcəyə qədər dəyişir. Bununla belə, hər insanın fərdi normaları var ki, bu, onun komfortlu yaşayışını təmin edir. Təbii ki, temperatur rejimi bir çox nüanslardan asılıdır. Qışda bu sual heç vaxt olmadığı qədər aktualdır. Və çoxmərtəbəli binaların sakinləri üçün də bu sual hər zaman aktualdır - mənzillərimizdəki batareyaların temperaturu və otağın havası necə olmalıdır?

Son.az musavat.com-a istinadən bildirir ki, bina evindəki temperatur norması konkret mənzilin yerləşdiyi yerdən asılıdır. Məsələn, onun şimal-cənub və ya qərb-şərq hissəsində yerləşməsi çox şeyi həll edir və ya dəyişir. Havanın atmosfer təzyiqi və ya  rütubət birbaşa mənzilin temperaturuna təsir göstərir.

Hər otağın temperaturu ayrıdır - cədvələ diqqət!

Mövsümün dəyişməsindən asılı olaraq, mənzildəki mikroiqlim dəyişə bilər. Məsələn, qışda temperatur o qədər də yüksək olmur. Amma yay vaxtında temperatur təbii ki, artır. Avropa iqlimi üçün soyuq havada evin temperaturunun orta hesabla +22  dərəcə, nisbətən mülayim havada isə +25 dərəcə olması normal sayılır. Belə fərq o qədər də böyük görünmür, amma bunu daimi norma kimi müəyyən edəndə ciddi məna daşıyır.

Mənzildəki müntəzəm və dəyişməz temperaturun müəyyənləşməsində orda yaşayan insanların rahatlıq norması əsas sayılır. Bəzi insanlar istidə özlərini yaxşı hiss edirlər, hətta bir çox hallarda evdə kondisionerdən də istifadə olunmur. Bəzi insanlar isə bayırda şaxta olduğu halda daim pəncərələri açıq saxlayır. Amma unutmaq olmaz ki, bəzən insanların tələbatları heç də hər zaman müəyyən edilmiş temperatur rejimi normalarına uyğun gəlmir. Evin soyudulması, habelə normadan artıq isinməsi insan orqanizmində, onun özünü necə hiss etməsində dəyişməz izlər qoya bilər.

Eyni zamanda temperatur norması fərqinin qadın və kişi cinsi arasındakı fərqə necə təsir göstərdiyini də unutmaq olmaz. Bu, bir neçə dərəcə miqdarında fərqlənə bilər. Belə ki, qadınlar kişilərə nisbətən soyuğa daha çox dözümlüdülər. Balaca uşaqların yaşadığı mənzillərə xüsusi diqqət yetirmək lazımdır. Körpənin orqanizmində hələ termoqulyasiya sistemi inkişaf etməyib. Ona görə də o, digərlərindən daha tez isinə və soyuya bilər. Ona görə də evin uşaqlar olan otağında temperatur stabil olmalı, +22 dərəcə təşkil etməlidir.

Otağın təyinatından asılı olaraq temperaturun dəyişməsi də tənzimlənir.

İstirahət və yuxu üçün otaq. Optimal temperatur +18 dərəcə təşkil edir. Məhz o, yuxusuzluqdan və özünü pis hiss etmədən qoruya bilər.

Mətbəx. Bu məkan havaya isti verən texniki əşyalarla doludur - mikrodalğalı soba, elektroçaydan, qaz plitəsi. Ona görə də burada olduqca yüksək temperatura ehtiyac yoxdur.

Vanna otağı. Burada temperatur +25 dərəcə sərhədində olmalıdır. Belə ki, buradakı rütubət digər otaqdakılardan yetərincə yüksəkdir və orada insanlar adətən paltarsız vəziyyətdə olurlar. Aşağı temperaturda dərhal rütubət və diskomfort özünü göstərəcək.

Uşaq otağı. Bu otaqda temperatur dəyişkən ola bilər və uşağın yaşından asılıdır. Yeni doğulan körpə üçün bu, +24 dərəcə təşkil edir, amma ondan böyük körpə üçün +21-22 dərəcədir.

Qonaq otağı və evin digər otaqlarında maksimal komfort üçün temperatur 19-21 dərəcə civarında olmalıdır.

Hədsiz soyuq və isti havada evin temperaturunu belə tənzimləyək

Bir məqamı da unutmaq olmaz ki, otaqlar arasında kəskin temperatur fərqi qoymaq olmaz. İdeal variant bu fərqin 2 dərəcə olmasıdır. Bu halda ev əhli bu fərqi hiss etməyəcək.

Şəxsi tərcihlərə baxmayaraq, temperatur normalarına əməl etmək lazımdır. Bu, xüsusən də çox isti yay və soyuq qış fəsilləri üçün keçərlidir. Məhz bu fəsillərdə evdəki və bayırdakı temperatur arasında böyük fərq özünü göstərir. Nəzərə almaq lazımdır ki, temperatur normalarına riayət olunmasa, bu, orqanizmdə güclü soyuqlamaya və ya istilənməyə səbəb ola bilər ki, bu da kardioloji problemlərlə nəticələnər.

Mənzildə həddən artıq isti hava müxtəlif bakteriyaların yayılması üçün münbit şərait yaradır. Nəticədə orda yaşayan insanlar infeksion xəstəliklərə yoluxa bilirlər. Müvafiq proses qışda da, evin keyfiyyətsiz qızdırılması nəticəsində qəfil +17 dərəcəyə düşür. Bu halda orda yaşayan insanların qəfil soyuqdəyməyə tutulması, kəskin respirator xəstəliklər və əsəblə bağlı problemləri ortaya çıxa bilər.

Bu, xüsusən də balaca uşaqlar üçün təhlükəlidir. Ona görə də evdə temperatur norması rejimini qorumağa xüsusi diqqət etmək lazımdır.