Şəkər xəstəsi dərmandan zəhərlənərək ölüb


Digərləri 08 Dek 2017 21:57:00 245 0

Şəkər xəstəsi dərmandan zəhərlənərək ölüb

Gəncədə şəkər xəstəliyindən əziyyət çəkən kişi ürək dərmanından zəhərlənib.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, şəkər xəstəsi olan 1942-ci il təvəllüdlü Budaqov Talıb Bayram oğlu özünü pis hiss etdiyi üçün ürək dərmanı qəbul edib. Halı daha da pisləşən kişi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.