Ramiz Quliyevin ustad dərsi keçirilib (FOTO)


Digərləri 08 Dek 2017 20:50:00 314 0

Ramiz Quliyevin ustad dərsi keçirilib (FOTO)

“Səslən tarım” adlı tədbir çərcivəsində xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevlə görüş və ustad dərsi keçirilib.

Bakı. Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində “Səslən tarım” adlı tədbir çərcivəsində xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevlə görüş və ustad dərsi keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, ilk öncə ustad tarzən Ramiz Quliyev haqqında film nümayiş olunub. G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin musiqişünas- müəllimi Həqiqət Hüseynova açılış nitqi ilə çıxış edərək “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin həyat yolundan, onun musiqi dünyasından ətraflı danışıb. Bildirib ki, Ramiz Quliyev dünya şöhrətli Maestro Niyazi, Səid Rüstəmov, Rauf Abdullayev, Ramiz Məlik-Aslanov, Fəxrəddin Kərimov, Azad Əliyev, Teymur Göyçayev, Ağaverdi Paşayev, N.Nekrasov (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V.Haqnəzərov (Özbəkistan) və digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini məharətlə ifa edib. Tədbirdə R.Quliyev məktəbin şagirdləri Tuncay Əliyev və Murad İbrahimli ilə ustad dərsi aparıb. Dərs zamanı tarzən şagirdlərə tarın temperasiya imkanlarından, səs üzərində iş, pozisiyalar haqqında, muğam ifaçılığı və konsertmyetserlə iş barəsində ətraflı danışıb.