"Koroğlu" operasının tamaşası Bülbülün 120 illik yubileyinə həsr olunacaq


Digərləri 08 Dek 2017 19:40:00 248 0

"Koroğlu" operasının tamaşası Bülbülün 120 illik yubileyinə həsr olunacaq

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcək.

Bakı. Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşa görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün 120 illik yubileyinə həsr olunub. Bülbül milli musiqinin Avropa musiqisi ilə sintezi vasitəsilə Azərbaycanda yeni vokal məktəbi yaradıb. 25 ildən artıq bir müddətdə xalq musiqi yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi, nota köçürülməsi və nəşri sahəsində böyük iş görüb.