Azərbaycan və Türkiyə parlament əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb


Digərləri 08 Dek 2017 19:14:00 238 0

Azərbaycan və Türkiyə parlament əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Bişkek Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov səfər çərçivəsində Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki,  görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək.