Azad Rəhimov Monakoda 10-cu Sülh və idman forumunda iştirak edir


Digərləri 08 Dek 2017 19:03:00 305 0

Azad Rəhimov Monakoda 10-cu Sülh və idman forumunda iştirak edir

Gənclər və idman naziri Azad Rəhimov10-cu Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdədir.

Bakı. Gənclər və idman naziri Azad Rəhimov10-cu Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdədir. Nazirlikdən Trend-ə verilən məlumata görə, forumun əsas məqsədi texnologiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin inkişafıdır. 6- 8 dekabr tarixlərini əhatə edən foumun sonuncu günü gənclər və idman sahələrinə məsul nazirlərin toplantısı keçirilib. Braziliya, Portuqaliya, Tunis, Yəmən, Qətər, İraq, Seneqal, Sierra-Leon, Qabon və digər ölkələrin baş nazirləri, gənclər və idman sahələrinə məsul nazirlərinin qatıldğı toplantıda A.Rəhimov son illər idman sahəsində görülən və əldə olunan nəticələr, idman infrastrukturunun inkaşı barədə məlumat verib. A.Rəhimov bildirib ki, 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa oyunları paytaxtda və ölkənin regionlarında idman infrastrukturunun inkişafı və yenilənməsində xüsusi rol oynadı: “Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən, ən mötəbər idman tədbirlərinin keçirilməsi üçün hər bir şəraitə malik idman qurğuları var. Su idmanı sarayı, 68 minlik tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Şahdağ Xizək Kompleksi və digər idman qurğuları dediklərimin bariz nümunəsidir. ”