Amerikalı qadın evlənmək vədi ilə Bakı sakininə qarşı dələduzluq etdi


Digərləri 08 Dek 2017 19:00:00 284 0

Amerikalı qadın evlənmək vədi ilə Bakı sakininə qarşı dələduzluq etdi

Bakıda ABŞ vətəndaşı dələduzluqda ittiham olunur.

Son.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Azər Novruzov Səbail rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ABŞ vətəndaşı Elizaveta adlı şəxsin onunla nikaha girəcəyi və ona ABŞ vətəndaşlığı düzəldəcəyi adı ilə 6 min dollarını mənimsədiyini bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.