Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan etdi


Dünya 08 Dek 2017 18:18:00 272 0

Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezienti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib.

Son.az APA-ya istinadən xəbər verir ki, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib:

"Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm".

Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində