Mənzurə qızının toyunda jurnalistlərə qadağa qoydu VİDEO FOTO


Şou-biznes 08 Dek 2017 17:52:00 303 0

Mənzurə qızının toyunda jurnalistlərə qadağa qoydu  VİDEO  FOTO

"Toy super keçdi. Müğənnilərin orda olması elə maraq qatırdı. Şəkil çəkdirmədim. Heç vaxt şəkil çəkdirmirəm mən bəy gəlinlə. Media işçiləri olmasa yaxşıdır. Bir də görürsən ki elə xoşagəlməz şey yazır ki, narazılıq olur".

Son.az bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva ARB TV-nin "Günə son" proqramında Manaf Ağayevin oğlunun toyu haqqında danışarkən bildirib.

Müğənni qızının tezliklə baş tutacağı toyundan da söz açıb.

"Bizdə də media olmayacaq. Gəlməkləri məsləhət deyil. Gələr, nəsə narazılıq olar. Qoruyub saxlamışam bu vaxta kimi. Qız anasıyam, narahatçılıq olmasın. Media bizdən küsməsin. Onlar bizdən güclüdülər. Elə toylar var ki məxfi olur. Sizin də balanızın toyu olsa istəməzsiz ki, onlar açıqlansın".


Xəbərə aid foto