Lənkəranskinin qətli TƏKRARLANDI


Dünya 08 Dek 2017 17:57:00 310 0

Lənkəranskinin qətli TƏKRARLANDI

İzmirin Bayraklı qəsəbəsində qaldığı oteldən çıxdıqdan sonra 34 RD 0340 dövlət qeydiyyat nişanlı "Range Rover"inə minərkən tapançayla başından vurulan iş adamı Gökhan Kalıpçı (27) çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Son.az xəbər verir ki, olay bugün saat 10:30 radələrində qeydə alınıb.

Cipi park etdiyi yerdən çıxarmağa çalışan Kalıpçıya maşını sürmək istədiyi an kimliyi hələ ki, təyin edilməyən şəxs atəş açaraq hadisə yerindən qaçıb.

Polis qətllə bağlı istintaqını davam etdirir. Şübhəlilərin dindirilməsinə başlanılıb.

Xatırladaq ki, İstanbulun Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" olan  Range Rover" markalı avtomobillə ayrılan Rövşən Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalmışdı. Lənkəranski çatdırıldığı xəstəxanda dünyasını dəyişmişdi.


Xəbərə aid fotolar