Mənşəyi məlum olmayan 150 kq at əti aşkarlandı


Digərləri 08 Dek 2017 17:21:00 249 0

Mənşəyi məlum olmayan 150 kq at əti aşkarlandı

Oğuzda mənşəyi gizlədilən ətin satışının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə Oğuz Rayon Polis Şöbəsinə qanunsuz at əti kəsimi ilə məşğul olan Vüqar Ziliyev barəsində məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkar olunaraq götürülüb.

Aşkar edilmiş ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.