Fələstində toqquşmalar - 100-dən çox yaralı


Digərləri 08 Dek 2017 16:43:00 215 0

Fələstində toqquşmalar - 100-dən çox yaralı

İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb.

Bakı. İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb. Trend-in məlumatına görə, bu gün cümə namazından sonra Fələstinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb. Qeyd olunur ki, aksiyalar polis qüvvələri ilə toqquşmaya çevrilib.