Azər Türk Bank "Soyuq əllər, isti ürək" xeyriyyə layihəsinin tərəfdaşıdır


Digərləri 08 Dek 2017 16:30:00 285 0

Azər Türk Bank "Soyuq əllər, isti ürək" xeyriyyə layihəsinin tərəfdaşıdır

Bakıda "Nargis Fund" rəhbərliyi altında "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası ənənəvi olaraq öz işinə başlayıb. Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən dövlət bankı Azər Türk Bank bu humanitar tədbirin tərəfdaşı qismində çıxış edir.

Artıq 5-ci ildir ki, keçirilən xeyriyyə yarmarkasında əldə olunan vəsait hər dəfə olduğu kimi, xeyriyyə işlərinə sərf olunacaq. "Nargis Fund" layihənin sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, sponsorlardan ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Qeyd edək ki, Azər Türk Bank yarmarkada "Arzular qutusu" yerləşdirmişdir. Ən maraqlı arzuların müəllifləri bank tərəfindən mükafatlandırılacaqlar.