Əfqanıstanda məsciddə partlayış baş verib, bir nəfər ölüb, səkkiz nəfər yaralanıb


Dünya 08 Dek 2017 16:15:52 259 0

Əfqanıstanda məsciddə partlayış baş verib, bir nəfər ölüb, səkkiz nəfər yaralanıb

Hadisə cümə namazı zamanı baş verib

Əfqanıstanın şərqindəki Nəngərhar vilayətindəki məsciddə partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə cümə namazı zamanı baş verib.

Nəngərhar vilayət başçısının nümayəndəsi Ataulla Hogiyani partlayış olduğunu təsdiqləyib. Partlayış zamanı ölən şəxs məscidin imamı olub.

Hələlik terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.