BakıSumqayıtBakı elektrik qatarlarının hərəkət cədvəlində


Digərləri 08 Dek 2017 16:10:00 260 0

BakıSumqayıtBakı elektrik qatarlarının hərəkət cədvəlində

Dekabrın 10-dan Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6018, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 09:17 -də yola düşən 6012 elektrik qatarı saat 09:50 -də yola düşəcək və saat 10:32-də Bakıya çatacaq. Sumqayıt stansiyasından isə saat 09:50 -də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək və saat 11:42-da Bakıya çatacaqdır.