SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 120 milyon dolları keçib


Digərləri 08 Dek 2017 16:12:00 238 0

SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 120 milyon dolları keçib

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyytların həcmi 120 milyon dolları keçib.

Bakı. Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyytların həcmi 120 milyon dolları keçib. «SOCAR Capital» şirkətindən Trend-ə verilən məlumata görə, istiqrazlara böyük maraq və alqı-satqıların yüksək olması nəticəsində dekabrın ilk günlərində SOCAR İstiqrazları ilə əməliyyatların həcmi növbəti tarixi həddə çatıb. Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon dollarlıq həcmdə buraxılıb. Yüksək gəlirliyi və etibarlılığına görə, SOCAR İstirazları investorların böyük marağına səbəb olub. Nəticədə artıq avqust ayında, yəni buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) istiqrazlarla əməliyyatların həcmi 100 milyon dolları ötərək istiqraz buraxılışının həcmini üstələyib. Qısa müddətdən sonra isə bu rəqəm 120 milyon dollara çatıb. Bu Azərbaycanın fond bazarında ilk belə haldır. SOCAR İstiqrazlarına tələbatın belə böyük olmasının digər səbəbi bu istiqrazlar üçün SOCAR-ın geri alma zəmanətidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları istənilən vaxt dərhal nağd pula çevirmək mümkündür. SOCAR İstiqrazları üzrə öhdəliklərin qrafik üzrə yerinə yetirilməsi, yəni faizlərin vaxtında ödənilməsi də investorların inamını gücləndirib. İndiyədək SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənişi edilib və istiqraz sahibləri 5 milyon dollar qazanıblar. Növbəti faizlər yanvarın 17-də ödəniləcək.