Qattuzo: "Futbolçular psixoloji baxımdan davamsızdır"


İdman 08 Dek 2017 15:45:00 298 0

Qattuzo: "Futbolçular psixoloji baxımdan davamsızdır"

"Milan" Avropa Liqasının qrup mərhələsində keçirdiyi son oyununda "Rijeka" klubuna 0:2 hesabıyla uduzub. Matç ərzində "Rossoneri"nin rəqibin qapı çərçivəsinə dəqiq zərbəsi belə qeydə alınmayıb. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Cennaro Qattuzo məğlubiyyəti şərh edərkən bunları deyib:

"Elə təsəvvür yaranır ki, meydanda mənfi bir şey baş verən kimi "Milan" yoxa çıxır. Bunun üzərində çalışmaq lazımdır. Deyəsən, futbolçular psixoloji baxımdan davamsızdır. Biz oyunlara başqa cür hazırlaşmalıyıq. "Milan"ın formasıı geymisənsə, ona hörmət etməlisən. Məni məyus edən budur. Xorvatiyaya uduzmaq üçün gəlməmişdik. Komanda neqativ tendensiya və mentaliteti dəyişməlidir".