İnternet istifadəçilərinə ŞAD XƏBƏR


Digərləri 08 Dek 2017 15:39:00 292 0

İnternet istifadəçilərinə ŞAD XƏBƏR

"Hal-hazırda Xaçmazın 2 kəndində "Aztelekom" MMC tərəfindən yeni 4G texnologiyası tətbiq edilir".

Mİlli.Az xəbər verir ki, bu barədə APA-ya "Aztelekom" MMC-nin Marketinq şöbəsinin müdiri Emin Quliyev məlumat verib.

Onun sözlərinə görə, Hülövlü və Qaraçı kəndinin sakinləri artıq 4G xidmətindən rahatlıqla istifadə edirlər.

Gələn il üçün "Aztelekom"un nəzərdə tutduğu layihələrdən danışan şöbə müdiri qeyd edib ki, Xaçmazda həyata keçirilən genişzolaqlı şəbəkənin tətbiqinin genişləndirilməsi ilə bağlı pilot layihə digər bölgələrdə də davam etdiriləcək.