Evlərinə girmək istəyən şəxs anasının sevgilisi çıxdı


Dünya 08 Dek 2017 15:14:00 309 0

Evlərinə girmək istəyən şəxs anasının sevgilisi çıxdı

Türkiyənin Kütahya vilayətində əvəllər sevgili olduğu S.Ç.-nın evinə gedərək içəriyə daxil olmağa çalışan Hüseyin Özkıyak (43) qadının oğlu Murat Ç. (25) tərəfindən evin önündə öldürülüb.

Son.az haberler-ə istinadən xəbər verir ki, gənc oğlan anasını narahat etdiyini iddia etdiyi şəxslə dava edib. Murat Hüseyn qaçmağa çalışan Özkıyakı tüfənglə vuraraq qətlə yetirib.

İstintaq zamanı Hüseyn Özkıyakın keçmiş məhkum olduğu və həbsdən təzəlikcə buraxıldığı məlum olub.

Murat Ç. polisə könüllü təslim olub.


Xəbərə aid fotolar