Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabatın təqdimatı keçirilib


Digərləri 08 Dek 2017 15:15:55 219 0

Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabatın təqdimatı keçirilib

HSŞ üzrə ümumiləşdirilmiş hesabatın (2016-cı il üzrə) təqdimatı keçirilib

Bakı. Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə “Moore Stephens Azerbaijan” auditor şirkəti tərəfindən HSŞ üzrə 2016-cı ili əhatə edən ümumiləşdirilmiş hesabat təqdim edilib. Fonddan Trend-ə verilən məlumata görə, təqdimat bitdikdən sonra vətəndaş cəmiyyəti, hasilat şirkətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə HSŞ üzrə Komissiyanın iclası keçirilib.