Bakıda Yeni il, yaxud zaman xilasediciləri


Digərləri 08 Dek 2017 15:05:00 269 0

Bakıda Yeni il, yaxud zaman xilasediciləri

Dekabrın 29 və 30-da, Heydər Əliyev Sarayının səhnəsində "Fiksi-şou: Zaman xilasediciləri" ("Фикси-шоу: Спасатели времени") adlı çox gözəl uşaq tamaşası təqdim olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu Yeni il tamaşası "Fiksiklər" ("Фиксики") serialının motivləri əsasında hazırlanmış lisenziyalı tamaşadır.

Siz fiksiklərin ekrandan çıxması halında necə görünə biləcəkləri barədə nə vaxtsa düşünmüsünüz? "Zaman xilasediciləri" tamaşasında sevimli serialın qəhrəmanları məhz sizin təsəvvür etdiyiniz kimidir! Simka və Nolik, Fayer və İqrek, Şpulya və Verta - düz altı fiksik ən dəqiq şəkildə təcəssüm olunublar. Və onlar tamaşaçıları oynamağa dəvət edirlər! Əgər fiksiklər belə balacadırlarsa, bunu necə etmək olar? Çox sadə - fiksiklər zalı kiçildərlər!

Nə balacalar, nə də böyüklər şouda darıxmayacaqlar, axı hər bir qonaq bərabərhüquqlu iştirakçıdır! Qısa dialoqlar sayəsində maraqlı süjet başa düşüləndir, qəhrəmanların hərəkətləri isə mütəmadi olaraq şən interaktivlə zənginləşir: musiqili oyunlar, rəqslər, bütün zalla ünsiyyət, xit fiksi mahnılarının birgə oxunması!

Fiksiklər effektli şəkildə peyda olacaqlar! Nolik zalın üzərindən təyyarə ilə uçaraq tamaşaçıları və DimDimıçı kiçildəcək ki, hər bir uşaqla ayrıca tanış olsun (və bu, həqiqətən baş verəcək!), birlikdə oynasınlar və şənlənsinlər. Lakin oyuna çağırılmamış qonaq qarışır... Kompüter Botu dünyada ən əsas saatları həmişəlik dayandırmaqla hədələyir! Qəhrəmanlar onun köməkçiləri Rjavçina (Pas), Pıl (Toz) və Korotkoe Zamıkanienin (Qısa qapanma) öhdəsindən necə gələcəklər, zamanı necə xilas edəcəklər və virusu faydalı proqarama necə çevirə biləcəklər? Yalnız uşaqlar və valideynləri onlara kömək etsələr!

Düşündürücü süjet asanlıqla uşaqların yadında qalır, cizgi filmi personajlarının səs və simalarının olduğu qəhrəmanlar isə təkcə uşaqları sevimli cizgi filminə aparmayacaqlar, həm də valideynləri bunların hamısının həqiqət olduğuna inandıra biləcəklər. "Fiksi-şou: Zaman xilasediciləri" tamaşasında görüşənədək!