İspaniyada 5 "Zenit" azarkeşi saxlanılıb


İdman 08 Dek 2017 15:09:00 257 0

İspaniyada 5 "Zenit" azarkeşi saxlanılıb

Avropa Liqasının qrup mərhələsində baş tutan "Real Soceidad" - "Zenit" (1:3) oyunundan əvvəl tərəflərin azarkeşləri arasında qarşıdurma yaşanıb. Goal.az xəbər verir ki, yerli vaxtla saat 20:00 radələrində 30 nəfər "Zenit" azarkeşindən ibarət qrup rəqib komandanın fanatlarına stul və digər əşyalar atıb. San Sebastyan polisi 5 rus azarkeşi saxlayıb, onların 3-ü yaralıdır. İspaniya mətbuatının məlumatına görə, oyunu izləmək üçün gələn 900-ə yaxın "Zenit" azarkeşi gün ərzində problem yaratmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.