Bu şəxslər avtomobili parklanma qaydalarına uyğun olmayan vəziyyətdə saxlaya bilər


Digərləri 08 Dek 2017 14:39:31 259 0

Bu şəxslər avtomobili parklanma qaydalarına uyğun olmayan vəziyyətdə saxlaya bilər

Azərbaycan qanunvericiliyində əlil avtomobillərinə xüsusi güzəştlər nəzərdə tutulub və əlillər bu güzəştlərdən istifadə edə bilirlər.

Bakı. Samir Əli - Azərbaycan qanunvericiliyində əlil avtomobillərinə xüsusi güzəştlər nəzərdə tutulub və əlillər bu güzəştlərdən istifadə edə bilirlər. Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu güzəştlərdən biri odur ki, əlillər parklanma yerlərində parklanma qaydalarına uyğun olmayan vəziyyətdə avtomobilləri qoya bilərlər: “Ötən il “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsində dəyişiklik edilib. Dəyişiklikdə göstərilir ki, parklanma yerlərinin əlillər üçün kvotası olmalıdır. Yəni, parklanma yerində yerin həcmindən asılı olaraq, ən azı 5 faiz əlillər üçün nəzərdə tutulmalıdır. Əgər 10 avtomobillik yerdirsə, ən azı 1 yer əlil avtomobili üçün ayrılmalıdır. Bəzi parklanma yerlərində belə yerlər var”.