BDU-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)


Digərləri 08 Dek 2017 14:33:00 236 0

BDU-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə ulu öndərin universitet foyesindəki büstü önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra anım mərasimi BDU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi tarixi xidmətlərindən, Azərbaycan elm-təhsilinə, o cümlədən Bakı Dövlət Universitetinə qayğısından bəhs edib. Ümummilli liderin Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olduğunu vurğulayan rektor universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqəti xüsusi ilə qeyd edib. "Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir" fikrini səsləndirən rektor Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən də danışıb.