Bakirə "çıxmayan" gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT


Digərləri 08 Dek 2017 14:10:00 399 0

Bakirə "çıxmayan" gəlinə qarşı ər və qayınanadan ŞOK HƏRƏKƏT

Yeni ailə quran gənc qıza qarşı dəhşətli işgəncə verməkdə ittiham olunan Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Vazeh Musayev və onun anası, 1960-cı il təvəllüdlü Aybəniz Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Vazeh Musayev mütəmadi olaraq həyat yoldaşı Tünzalə Musayevanı döymək və digər zorakı hərəkətlər etmək məqsədilə anası Aybəniz Musayeva ilə əlbir olub. Bir ilin gəlininə dəhşətli işgəncə Vazeh Musayev 25 dekabr 2015-ci il tarixdə, saat 18 radələrində Şəki rayonunun Bideyiz kəndində yaşadıqları evdə ailə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı maşa ilə arvadı Tünzalə Musayevanın sağ gözünə, yumruqla başına, bədəninin müxtəlif nahiyələrinə, həmçinin təpiklə bədəninin müxtəlif yerlərinə vurub. Bununla da o, arvadına müxtəlif dərəcəli xəsarətlər yetirib. Vazeh ertəsi gün, saat 08-də yenidən arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadının başına və sifət nahiyəsinə qəsdən vuraraq, ona xəsarət yetirib. Vazeh Musayev növbəti dəfə arvadına dekabrın 27-də işgəncə verib. O, anası ilə birləşərək, arvadına qarşı zorakı əməllər törədib. Ana və oğulun cinayət işi Vazeh Musayevin 5 yanvar 2016-cı il tarixdə, saat 13-də yaşadığı evdə arvadı Tünzalə ilə növbəti mübahisəsi yaranıb. Mübahisə zamanı Vazeh arvadını yumruq və şillə ilə vurub. Vazeh Tünzaləyə güc göstərərək, ona psixi iztirablar verib. Bu işgəncələrdə və döyülmə hadisələrində Vazehin anası Aybəniz də ona köməklik göstərib. Vazeh Musayev və Aybəniz Musayeva Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə) maddəsi ilə ittiham edilib. Onların cinayət işi Şəki rayon Məhkəməsində araşdırılıb. "Təklif etdim ki, məni həkimə aparsın" Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Tünzalə Musayeva bildirib ki, 7 aperal 2014-cü il tarixdə Bideyiz kənd sakini Vazeh Musayevlə ailə həyatı qurub və nikahlarından bir qız övladları olub: "Toy gecəsindən sonra qayınanam bakirə olmadığımı bəhanə edərək mənə şər atıb, evdə söz-söhbət yaradıb. Həmin vaxtı bakirə olmağımı sübüt etmək üçün qayınanama təklif etdim ki, məni həkimə aparsın. Əgər toy gecəsi bakirə olmamışdımsa, sakitcə çıxıb evimizə gedəcəkdim. Əgər bakirə olduğum təsdiqlənərsə, ondan polisə şikayət edəcəkdim. Bundan sonra bir müddət evdə bu söz-söhbətə son qoyuldu". "Məni təzyiq altında saxlayıblar" Zərərçəkmişin sözlərinə görə, sonradan qayınanası və baldızı bu məsələni qabardaraq daima onun toy gecəsi bakirə çıxmadığını bildiriblər: "Onlar məni təhqir ediblər, hər an evdə təzyiq altında saxlayıblar. Həmin məsələni daima xatırlatmaqla, mənə əzab-əziyyət veriblər. Gəlin olduğu dövrdə qeyd edilən məsələ ilə bağlı ailə üzvlərim, xüsusilə qayınanam və Vazehlə aramızda daima söz-söhbətlər, dava-dalaşlar olub. Təxminən 20 gün sonra Vazeh məni Bakı şəhərində olan evimizə apardı. Birlikdə orada yaşamışıq". "Qayınanam və baldız

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində