KİV nümayəndələrinin övladları Ulduz şokolad fabrikində ekskursiyada (FOTO)


Digərləri 08 Dek 2017 14:06:18 358 0

KİV nümayəndələrinin övladları Ulduz şokolad fabrikində ekskursiyada (FOTO)

Ulduz Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib.

Bakı. Ulduz Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edib. Ekskursiyada iştirak edən 7-15 arası olan uşaqlara şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunub, onlara şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib. Bundan əlavə, mətbuat nümayəndələrinin övladları ilə istehsal sahəsi üzrə gəzinti təşkil edilib. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyiblər.